“Barselona”nın hücumçusu Neymar “Qızıl Top” mükafatına dair proqnozunu mətbuatla bölüşüb. Futbolinfo.az xəbər verir ki, braziliyalı ulduz öz namizədinin komanda yoldaşı Lionel Messi olduğunu bildirib.
Neymarın sözlətinə görə, argentinalı bu il də ali mükafatı almağa layiqdi:
"Bizim Messimiz var. O, böyük futbolçudur, dahidi, dünyanın ən güclüsüdü. Düşünürəm ki, Messi növbəti dəfə “Qızıl Top”u qazana bilər”.
Qeyd edək ki, son 4 ildə “Qızıl Top”u məhz Messi qazanıb.





