ABŞ-ın ən məşhur idman portallarından olan “Bleacher Report” cari mövsüm üçün Avropanın ən yaxşı futbol klublarının siyahısını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, 20 klubun yer aldığı siyahıya ötən mövsüm bütün titulları qazanan “Bavariya” başçılıq edir.
 
Münhen təmsilçisinin bu mövsüm Bundesliqa və Çempionlar Liqasında da işləri yaxşı getdiyindən “Bavariya” zirvədəki yerini qoruyub. “Land of Fire Azerbaijan” formalı “Atletiko” isə ikincidi. Ötən mövsüm ÇL-də final oynayan “Borussiya” (Dortmund) üçüncü pillədə qərarlaşıb. İspaniya nəhəngləri – “Barselona” 4-cü, “Real” 8-ci olub. Siyahıda ən çox diqqət çəkən məqam “Mançester Yunayted”in 19-cu pillədə qərarlaşmasıdı.
 
Çox güman ki, buna səbəb Aleks Ferqyussonun gedişindən sonra Mançester təmsilçisinin inamsız çıxışıdı. Komanda hələ ki, Devid Moyesin rəhbərliyi altında istədiyi oyunu nümayiş etdirə bilmir.
 
“20-liy”i təqdim edirik:
1. “Bavariya” (Almaniya)
2. “Atletiko” (İspaniya)
3. “Borussiya” (Dortmund, Almaniya)
4. “Barselona” (İspaniya)
5. “Arsenal” (İngiltərə)
6. “Roma” (İtaliya)
7. PSJ (Fransa)
8. “Real” (İspaniya)
9. “Yuventus” (İtaliya)
10. “Napoli” (İtaliya)
11. “Mançester Siti” (İngiltərə)
12. “Monako” (Fransa)
13. “Tottenhem” (İngiltərə)
14. “Çelsi” (İngiltərə)
15. “Liverpul” (İngiltərə)
16. “Bayer” (Almaniya)
17. “Fiorentina” (İtaliya)
18. “İnter” (İtaliya)
19. “Mançester Yunayted” (İngiltərə)
20. “Portu” (Portuqaliya)
Shares: