"Yuventus"un baş məşqçisi Antonio Konte Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"la oynayacaqları matç günü məhkəməyə çağırılıb. Futbolinfo.az İtaliya mətbuatına istinadən xəbər verir ki, "Calcioscommese" (mərc şirkəti) məhkəməsi ilə bağlı ona rəsmi məktub gəlib.
 
Məktubda onun noyabrın 10-da baş tutacaq iclasda iştirak etməsi tələb olunub. Həmin gün  "Cim-Bom"la çətin sınaq qarşısına çıxacaq Konte bu vəziyyətə təəccüblənib.
 
İtaliyalı çalışdırıcının hansı qərar verəcəyi maraqla gözlənilir.
Shares: