Avropa Liqasının qrup mərhələsində dördüncü turun oyunları başa çatıb. Futbolinfo.az xəbər verir ki, bu qarşılaşmalarla bəzi qruplarda növbəti mərhələyə çıxan komandaların adı məlum olub.
 
Dörd matçdan sonra 8 komanda artıq "pley-off"a yüksəlib. Bunlar "Valensiya" (İspaniya), "Rubin" (Rusiya), "Ludoqorets" (Bolqarıstan), "Zalsburq" (Avstriya), "Esbyerq" (Danimarka), "Fiorentina" (İtaliya), "Dnepr" (Ukrayna) və "Tottenhem"di (İngilətərə).
 
Növbəti tura çıxan daha 16 komandanın adına qarşıdakı 2 turda aydınlıq gələcək.
Shares: