Bu gün keçirilən sentyabr və oktyabr aylarının ən yaxşılarının mükafatlandırma mərasimində ayın qolları izlənilən zaman PFL prezidenti Ramin Musayev Rauf Əliyevlə Əfran İsmayılova maraqlı sual ünvanlayıb. Futbolinfo.az xəbər verir ki, onun "siz bu qolu vurmaq üçün məşq etmişdinizmi" sualına futbolçular "belə qolu məşq etməzlər" cavabını verib.
 
Daha sonra qurum rəhbəri hər iki futbolçu ilə bağlı ictimaiyyətə söz verib: "Əgər bu iki futbolçu növbəti ayda yenə "ən yaxşı" seçilsə, PFL tərəfindən 10 min manatla mükafatlandırılacaq".
Shares: