İngiltərənin "Mançester Siti" komandasının hücumçusu Serxio Aquero maraqlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, argentinalı ulduz uğurlu seriyasından razıdı:
 
"Uğurlu seriyamdan razıyam. Həm özümün, həm də komandamın uğurlarına sevinirəm. Düşünürəm ki, qollarımın əksəriyyəti komanda üçün həlledici olub".
 
Xatırladaq ki, argentinalı hücumçu Mançesterə 2011-ci ildə gəlib və 101 oyunda 60 qola imza atıb.
Shares: