Türkiyənin "Qalatasaray" klubunun hücumçusu Burak Yılmaz "100-lər" klubuna girə bilər. Futbolinfo.az xəbər verir ki, Türkiyə Super Liqasında 12-ci mövsümünü keçirən 28 yaşlı hücumçu 7 fərqli komanda ilə meydana çıxdığı 190 qarşılaşmada 99 qola imza atıb.
Bazar günü baş tutacaq "Fənərbaxça" – "Qalatasaray" derbisində Burak ən azı daha bir qol vursa, 100 səddini keçmiş futbolçuların siyahısına düşəcək. Bununla o, adını Türkiyə futbol tarixinə yazdıracaq.
Xatırladaq ki, Sərgən Yalçının ardından Türkiyənin dörd böyük klubunda forma geyən oyunçu son iki mövsümün bombaridiridi. O, "Trabzonspor"da 33, "Qalatasaray"da 24 qolla bombardir olmuşdu.





