Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev azarkeş çatışmazlığından danışıb. Futbolinfo.az xəbər verir ki, o, bunları söyləyib:
"Bu problem məni də narahat edir. Lakin bunun günahı klublardadı. Gəlin bir şeyə fikir verək. AZAL 2 il bundan əvvəl "Şəfa"da oynayırdı, heç 50 azarkeş də gəlmirdi. Bu gün isə AZAL-ın oyununa 400-500 adam gəlir. Çünki AZAL Şüvəlanın adını daşıyır və Şüvəlanda oynayır. Bir məsələ də var. "İnter" Bakı, "Bakı" Bakı, "Neftçi" Bakı, "Rəvan" Bakı.. Bu bakılılar hansına azarkeşlik etsin? İndi "Turan-T"-nin oyununa gələn azarkeş qədər bakılıların oyununa azarkeş gəlmir. Komandalara bölgə adları qoyulsa, azarkeş sayı da artar. Yadınızdadısa, Rövnəq Abdullayev də klubların bölgə adı ilə adlandırılmasını təklif etmişdi. "Neftçi" əzəldən Bakı klubu olub. Ancaq "İnter", "Bakı", "Rəvan" bölgə adı ilə çıxış etməlidi.
"Qarabağ" rəhbərliyi mənə deyəndə ki, "bizim bazamız tikilir" mən onlara davam edilməsini dedim. "Qarabağ"ın Quzanlıda oynamamsı yaxşı deyil. Bir vaxt futbolçuları da bölgədəki texniki çatışmazlıqlarla bağlı şikayət edirdi. Mən onlara televizorda söz vermişdim. Amma getmədilər… Quzanlıda "Qarabağ"ın oyunu olanda stadionda yer də olmurdu oturmağa".





