"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasındakı hədəfləri haqda danışıb. Futbolinfo.az xəbər verir ki, "Marca" qəzetinə açıqlama verən italyan mütəxəssis komandasının turnirdə yarımfinal oynamasının onu qane etməyəcəyini vurğulayıb:
"Baş məşqçi karyeram ərzindən işlədiyim bir çox klub yarımfinala çıxıb. Ancaq mənim əsas hədəfim "Real"ın finala yüksəlməsidi".
Qeyd edək ki, Madrid klubu ötən mövsüm yarımfinalda "Borussiya" ilə qarşılaşmış və iki oyunun nəticəsinə əsasən mübarizəni dayandırmışdı.





