Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari "Roma"nın kapitanı Françesko Totti və İtaəliya millisi haqda xoş sözlər deyib. Futbolinfo.az xəbər verir ki, braziliyalı mütəxəssis Tottinin timsalında bütün italyan oyunçuları bəyəndiyini bildirib:
"O, çox yaxşı oynayır və komandasının uğuru üçün meydanda canını qoyur. Əgər Totti braziliyalı olsaydı, milli komandada ona daha çox şans verərdim. Çünki Totti böyük futbol ənənələrinə malik futbolçudu. Ümumilikdə İtaliya millisinə dəvət alan futbolçuların hamısı Braziliya yığmasında da oynaya bilər. Totti haqda dediyim sözlər Andrea Pirloya da aiddi. O da özünəməxsus oyunu ilə seçilir. Bu baxımdan düşünürəm ki, İtaliya yığması dünya çempionu olmağa əsas namizədlərdən biridir".





