“Arsenal”ın müdafiəçisi Bakari Sanya mövsümün sonunda “Milan”a transfer oluna bilər.Futbolinfo.az xəbər verir ki, fransız futbolçunun müqaviləsi məhz elə bu müddətdə başa çatacaq.
Belədə 30 yaşlı futbolçu azad agent kimi klubunu dəyişə biləcək. "Milan"la yanaşı, “Napoli” də Sanya ilə yaxından maraqlanır.
Qeyd edək ki, bu mövsüm Sanya “Arsenal”ın heyətində 9 oyun keçirib.





