Ruslan Abışovun şərəfini qoruduğu "Rubin"də top qovan Gökdeniz Karadeniz komandayla olan müqaviləsinin müddətini artırıb. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Məlumatda türkiyəli futbolçunun 2016-cı ilə qədər Kazan təmsilçisində top qovacağı bildirilib. Futbolçu verdiyi açıqlamada müqavilənin formal olduğunu və "Rubin"in həmişə ürəyində qalacağını dilə gətirib:
 
“Ömrümün sonuna qədər mən "Rubin"ə sadiq qalacam. Mənim müqaviləm 2015-ci il mayın 1-də başa çatırdı. Bu gün isə biz onu bir il daha artırdıq. Bu isə formal bir işdi. Ona görə ki, "Rubin" həmişə mənim komandam olaraq qalacaq. Mən komandanın azarkeşlərinin məni necə sevdiklərini, meydana çıxdığımda necə dəstək verdiklərini görürəm. Bu isə mənim çox xoşbəxt edir. Belə azarkeş dəstəyi isə meydanda mənə həmişə kömək edir. Mənim öhdəliyim isə onların sevgisinə oyunumla cavab vermək, azarkeşlərimi sevindirməkdi”.
 
Qeyd edək ki, Gökdeniz artıq 6 mövsümdü kazanlıların uğurları üçün çalışır. "Rubin"in forması ilə 168 oyuna çıxan futbolçu rəqib qapısından 36 top keçirib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp