Dünya futbolu

Qvardiolaya Rodriyə əvəzləyici tapmaq üçün büdcə ayrıldı

image 81ea651d 7067 4267 a8f0 848b59337c8e 85 2560 1440 - Futbolinfo.az
Səs süni intellektlə yaradılıb.

“Mançester Siti” rəhbərliyi baş məşqçi Xosep Qvardiolaya qış transferləri üçün 80 milyon funt-sterlinq ayırıb. Rodrinin zədələnib mövsümü erkən başa vurmasından sonra yarımmüdafiədə yaranan boşluğu doldurmaq üçün ispan çalışdırıcının fürsəti var.

Futbolinfo.az xəbər verir ki, Qvardiola bir neçə oyunçunun namizədliyini nəzərdən keçirir. Hələlik ən önə çıxan Martin Zubimendidir. Yayda “Real Sosyedad”ın üzvünü transfer edə bilməyən ingilislər qışda daha bir cəhd edəcək.

Zubimendi ilə “Liverpul” daha yaxından maraqlanır. Amma o, mersisaydlıların təklifini inadla rədd edir. Sərbəstqalma dəyəri 60 milyon avro olan Martinin Qvardiolaya “yox” deməyəcəyi gözlənilir.

Shares: