Digər idman növləri

Litvalı məşqçiyə 5 illik cəza

Litvalı
Səs süni intellektlə yaradılıb.

FIBA litvalı məşqçi Rimantas Qriqası 5 il müddətinə basketbolla bağlı bütün fəaliyyətlərdən uzaqlaşdırıb.

Qərar seksual təqiblərlə bağlı araşdırmanın nəticəsində qəbul edilib və məşqçiyə 12 min İsveçrə frankı məbləğində cərimə də tətbiq olunub. Şikayətləri Litva millisinin və “Kibirkştis” klubunun anonim basketbolçuları təqdim edib.

Qriqasın cəzasının müddəti 27 oktyabr 2025-ci ildən hesablanır. Bundan əlavə, o, müdafiə və təhlükəsizlik məsələləri üzrə xüsusi kurs keçməlidir və yalnız diskvalifikasiya müddəti başa çatdıqdan, həmçinin kursu tamamladıqdan sonra basketbolla bağlı fəaliyyətə qayıda biləcək.

Shares: