“Liverpul” 2027-ci ilin iyunundan etibarən yeni titul sponsoruna sahib olacaq.
Klub Türkiyə Hava Yolları (Turkish Airlines) ilə 5 illik tərəfdaşlıq müqaviləsi imzalayıb.
Razılaşmaya əsasən, “Liverpul” bu müddətdə 300 milyon funtdan çox gəlir əldə edəcək və mövsümdə təxminən 60 milyon funt qazanacaq. Bu göstərici İngiltərə Premyer Liqasında forma üzərindəki reklam üçün ən yüksək məbləğ olacaq.
2010-cu ildən klubun titul sponsoru olan “Standard Chartered” isə hazırda ildə təxminən 50 milyon funt ödəyir.

