Dünya futbolu

AFFA nümayəndəsinə UEFA-dan təyinat

Kifayət Mustafayeva
Səs süni intellektlə yaradılıb.

AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb.

Futbolinfo.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının 1-ci turu çərçivəsində keçiriləcək “Lill” (Fransa) – “Real Betis” (İspaniya) oyununun UEFA nümayəndəsi olacaq.

Oyun sentyabrın 9-u Fransanın Lill şəhərində yerləşən “Domen de Luşen Təlim Mərkəzi” stadionunda təşkil olunacaq.

Shares: