Dünya futbolu

Zubir Səudiyyə Ərəbistanı klubunda çıxış edə bilməyəcək

Abdullah Zubir
Səs süni intellektlə yaradılıb.

“Qarabağ”la yollarını ayıran fransalı futbolçu Abdullah Zubir Səudiyyə Ərəbistanının “Əl-Uruba” klubunda çıxış edə bilməyəcək.

Futbolinfo.az “L”Équipe” nəşrinə istinadla xəbər verir ki, “Əl-Uruba” 34 yaşlı futbolçunun müqaviləsini Səudiyyə Ərəbistanı Liqası üçün qeydiyyatdan keçirə bilməyib.

Buna klubun maliyyə təminatının Liqanın tələblərinə cavab verməməsi səbəb olub.

Zubir “Qarabağ”ın heyətində 8 il çıxış edib. O, Ağdam klubunun heyətində 379 oyunda 79 qol vurub və 96 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi ötən mövsüm “Qarabağ”ın heyətində Çempionlar Liqasında da iştirak edib.

Beləliklə, Zubir hazırda azad agent statusundadır və karyerasını başqa klubda davam etdirə bilər.

Shares: