Futbol üzrə Rusiya yığmasının Azərbaycan əsilli yarımmüdafiəçisi Aleksandr Səmədov Azərbaycan millisinə qarşı Bakıdakı oyun (1:1) haqda fikirlərini bildirib. Futbolinfo.az xəbər verir ki, Səmədov azərbaycanlı azarkeşlərdən incimədiyini dilə gətirib.
 
“Hamı başa düşürdü ki, oyun çətin olacaq və biz yüksək təzyiq altında olacağıq. Prinsipcə, oyuna nəzarət edirdik, 1:0 hesabı ilə irəlidə idik. Ancaq sonda üzücü qol buraxdıq. Allaha şükürlər olsun ki, hər şey yaxşı başa çatdı. Tribunalardan gələn mütəmadi fitə acığım tutmur. Azərbaycan yığmasının futbolçularına gəlincə, biz normal ünsiyyət qurduq. Düzdü, bu ünsiyyət futbolla bağlı deyildi, bir qədər başqa mövzuları əhatə edirdi”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp