Topaz Premyer Liqasının 10-cu turu davam edir. Futbolinfo.az xəbər verir ki, “Xəzər Lənkəran”, “Neftçi” və “Qəbələ”nin qələbəsindən sonra bütün diqqətlər iki oyuna yönəlib. Liderlik uğrunda mübarizə aparan "Qarabağ"ın autsayderlə mübarizəsi və Bakı derbisi.
 
9 oyunda 5 qələbə qazanan “Qarabağ” Premyer Liqanın autsayderi "Sumqayıt"ın qonağı olacaq. Sumqayıt səfərinə tam heyətlə hazırlaşan Ağdam təmsilçisi 3 xalla dönməyi hədəfləyir. "Qəbələ"nin Bakıda qazandığı qələbədən sonra üçüncü pilləyə düşən "köhlən atlar" səfərdə qazanılacaq 3 xaldan sonra yenidən zirvəyə qalxacaq.
 
Aqil Məmmədovun komandası da böyük ehtimalla əzmkar mübarizə aparacaq. "Rəvan"ın "Bakcell Arena" məğlubiyyətindən sonra "Gənclik şəhəri" təmsilçisinin işi az da olsa, yüngülləşib. Bayıl təmsilçisi ilə bir xal fərqini aradan qaldırmaq üçün meydan sahibləri yaxşı fürsət əldə edib. Belə ki, qazanılacaq bir xal da "Sumqayıt"ı autsayderlikdən xilas edəcək.
 
Diəgr oyun isə Bakıda baş tutacaq. Paytaxtın eyni adlı komandası doğma divarlar arasında AZAL-ı qəbul edəcək. Heyətində çempionatın iki bombardiri yer alan ev sahibləri ilə görüş "təyyarəçilər" üçün asan olmayacaq. Ötən tur öz meydanında "Sumqayıt" qarşısında 3 xalı aktivinə yazan Milinko Pantiçin yetirmələri yenidən qələbə qazanarsa, iki pillə irəliləyərək 4-cü sıraya yüksələcək.
 
Vaqif Sadıqovun komandası isə qələbə sayəsində yalnız turnir cədvəlində yer aldığı 4-cü pilləni qoruyacaq. Mövsümün startından "Bakı" evdə yalnız "Qəbələ"yə məğlub olub. AZAL isə bir dəfə "Neftçi" ilə səfər qarşılaşmasından xalsız qayıdıb.
 
Maraq üçün xatırladaq ki, hesabat turunun ilk oyun günündə “Neftçi” “Rəvan”, “Xəzər Lənkəran” “Simurq” üzərində 2:1 hesablı qələbə qazanıb. “Qəbələ” isə “İnter”i səfərdə minimal hesabla məğlub edib.
 
Topaz Premyer Liqası
10-cu tur
20 oktyabr (bazar)
 
16:00. Sumqayıt – Qarabağ
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Rza Məmmədov, Nail Nağıyev.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Akif Məmmədov.
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni meydança.
 
16:00. Bakı – AZAL
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Yaşar Abbasov, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Kərim Ağayev.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
 
1
Neftçi
10
6
3
1
14
7
7
21
2
Qəbələ
10
6
1
3
15
9
6
19
3
Qarabağ
9
5
3
1
14
4
10
18
4
AZAL
9
4
2
3
9
11
-2
14
5
Bakı
9
4
1
4
16
10
6
13
6
Simurq
10
3
4
3
9
9
0
13
7
XL
10
3
4
3
9
10
-1
13
8
İnter
10
3
1
6
16
16
0
10
9
Rəvan
10
1
3
6
5
21
-16
6
10
Sumqayıt
9
1
2
6
5
15
-10
5
 
Bombardirlər:
5 – Mindauqas Kalonas (Bakı)
4 – Əfran İsmayılov (Bakı), Vaqif Cavadov (İnter), Junior Nildo (Xəzər Lənkəran).
Shares: