Avropa mətbuatında İngiltərənin "Liverpul" klubunun PSJ-nin futbolçusu Xavyer Pastore ilə razılığa gəldiyi barədə xəbərlər yayılıb. Futbolinfo.az xəbər verir ki, hər nə qədər "Roma" da bu futbolçu üçün mübarizə aparsa da, Pastore Premyer Liqada oynamağa üstünlük verir.
 
Qeyd edək ki. argentinalı oyunçu Fransa çempionatında az-az meydana çıxdığı üçün daimi oynaya biləcəyi kluba keçmək istədiyini açıqlamışdı. Tərəflərin hansı məbləğə razılığa gəldiyi açıqlanmır.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp