AFFA rəhbərliyi “Kəpəz” və “Turan-T” klublarını qıcıqlandıracaq daha bir addım atıb. Futbolinfo.az xəbər verir ki, federasiyanın hesabına dolanan qərb klublarından olan “Şəmkir” klubunun üzvləri noyabr ayı üçün məvacibləri hamıdan əvvəl alıblar.
 
Futbolçular noyabrın son günündə seviniblər ki, hətta Premyer Liqanın bəzi komandalarında belə maaşlar vaxtında deyil, gecikmələrlə verilir. Şəmkirlilərin ay başa çatmamış aylıqlarını almasından xəbər tutan Tovuz və Gəncə təmsilçisinin oyunçuları isə rəhbərliyin qapısını döyərək, federasiyanın növbəti dəfə niyə ayrıseçkilik etdiyini başa düşmədiklərini deyiblər.
 
Əldə etdiyimiz məlumata görə, maliyyə vəsaitinin vaxtından əvvəl “Şəmkir”in hesabına köçürülməsi səbəbsiz deyil. Məsələ burasındadı ki, komandanın baş məşqçisi olan Ruslan Abbasov PFL-in prezidenti Ramin Musayevin kadrıdı. Mövsümün əvvəlində məhz Musayevin təyinatı ilə baş məşqçi postunu tutan Abbasova komandanın maddi probleminin olmayacağı haqda vəd verilib. Və Ramin bəy hələ ki, verdiyi sözə əməl edir.
 
Zəif “Şəmkir”in son çempion “Ağsu”ilə səfər oyunundan xalla qayıtması isə Musayevə futbolçuların təşəkkürü sayıla bilər.
Shares: