Beynəlxalq Konkisürmə İttifaqının (ISU) prezidenti Çe Yol Kim 2028-ci ildə tarixdə ilk dəfə birləşdirilmiş dünya çempionatının təşkil olunacağını açıqlayıb.

ISU-nun Tenerife şəhərində keçirilən konqresində çıxış edən qurum rəhbəri bildirib ki, yarışlar iki həftə ərzində Pekində baş tutacaq. Çempionatın proqramına sürətli konkisürmə, şort-trek, fiqurlu konkisürmə və sinxron konkisürmə daxil ediləcək.

Çe Yol Kim bu turniri tarixi hadisə adlandırıb.

Qeyd edək ki, iyunun 10-12-də keçirilən ISU Konqresində rusiyalı gənc fiqurlu konkisürənlərin beynəlxalq yarışlara buraxılması məsələsinin də müzakirə oluna biləcəyi bildirilir. Həmçinin böyüklər arasında çıxış edən idmançıların iştirakına dair məsələnin gündəmə gətirilməsi istisna edilmir.

Shares: