Dördqat MBA çempionu, Basketbol Şöhrət Zalının üzvü Şakil O’Nil sosial şəbəkə hesabında basketbol tarixinin ən yaxşı 10 oyunçusundan ibarət siyahını paylaşıb.

O’Nilin paylaşdığı reytinqdə ilk pillədə Maykl Cordan qərarlaşıb. Sonrakı yerləri Kobe Brayant, Kərim Əbdül-Cabbar, Bill Rassell, Mecik Conson, Larri Börd, Uilt Çemberlen, Tim Dankan, Stiven Karri və Hakim Olacuvon tutublar.

Maraqlıdır ki, Şakil O’Nil siyahıya vaxtilə “Klivlend Kavalyers”də birgə çıxış etdiyi Lebron Ceymsi daxil etməyib.

Qeyd edək ki, O’Nil MBA karyerası ərzində “Orlando Mecik”, “Los-Anceles Leykers”, “Mayami Hit”, “Finiks Sans”, “Klivlend Kavalyers” və “Boston Seltiks”in formasını geyinib. O, həmçinin 1999/2000 mövsümünün ən dəyərli oyunçusu (MVP) seçilib.

Shares: