Elxan Səmədov növbəti dəfə Peşəkar Futbol Liqasının prezidenti seçilib.
Futbolinfo.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Bu gün PFL-in Ümumi Yığıncağı keçirilib.Tədbirdə PFL prezidenti Elxan Səmədov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, PFL-in idarə heyətinin üzvləri, klub nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Yığıncaqda növbəti 4 il müddətinə Peşəkar Futbol Liqasının prezident seçkilərinə start verilib. Vahid namizəd olan Elxan Səmədov səsvermənin nəticələrinə əsasən yekdilliklə növbəti 4 il müddətinə Peşəkar Futbol Liqasının prezidenti seçilib.
Sonda PFL-in İdarə Heyətinin yeni tərkibi səsverməyə çıxarılıb və yekdilliklə təsdiq olunub. Növbəti 4 il müddətində PFL-in idarə heyətində aşağıdakı şəxslər təmsil olunacaqlar:
Elxan Səmədov – PFL prezidenti
Məlik Həsənov – İdman işləri üzrə müşavir
Aslan Şahgəldiyev – Vitse-prezident
Zaur Hacı-Məhərrəmov – İcraçı direktor
Elgiz Abbasov – Texniki-idman direktoru
Sənan Abdullayev – Media və marketinq direktoru
Qeyd edək ki, Elxan Səmədov 2022-ci ilin iyul ayından PFL-in prezidentidir.
