Dördqat MBA çempionu Lebron Ceyms liqadakı gələcəyi ilə bağlı qərar vermə müddətinə görə karyerasının antirekordunu yeniləyib.

41 yaşlı hücumçu sərbəst agent bazarının açılmasından 22 gün keçməsinə baxmayaraq, hələ də yeni klubu ilə bağlı yekun qərar verməyib. Bu, Ceymsin peşəkar karyerasında gələcəyi ilə bağlı ən uzun qeyri-müəyyənlik dövrü hesab olunur.

Lebron 2010-cu ildə sərbəst agent bazarı açıldıqdan 7 gün sonra “Mayami Hit”ə keçidini rəsmiləşdirmişdi. O, 2014-cü ildə 10 gün sonra “Klivlend Kavalyers”ə qayıtmaq qərarı vermiş, 2018-ci ildə isə cəmi 16 saat ərzində “Los-Anceles Leykers”lə müqavilə imzalamışdı.

Hazırkı mövsümlərarası fasilədə isə təcrübəli basketbolçunun yekun qərarı hələ də məlum deyil. Onun karyerasını “Qolden Steyt Uorriorz”, “Filadelfiya Siksers”, “Klivlend Kavalyers” və ya “Mayami Hit”də davam etdirə biləcəyi ehtimal olunur.

Shares: