Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, millimizin üzvü Vüsal İsgəndərlinin formasını geyindiyi Kosovo təmsilçisi “Malişeva” doğma meydanda Şotlandiya klubu “Hibernian”la qarşılaşıb.
Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Start heyətində meydana çıxan Vüsal 72-ci dəqiqədə hesab 1:0 olarkən əvəzlənib.
Komandalar arasındakı cavab matçı gələn həftə Şotlandiyada keçiriləcək.
