Azərbaycanlı futbolçu Mahir Emreli Polşanın “Rakuv” komandasında debüt oyununda qol vurub.
Futbolinfo.az xəbər verir ki, 29 yaşlı hücumçu Konfrans Liqasında Malta təmsilçisi “Valletta”ya qarşı keçirdikləri ilk matçda fərqlənib.
Forvard 53-cü dəqiqədə adını tabloya yazdırıb və hesabı 1:1 edib. Azərbaycanlı hücumçu 82-ci dəqiqədə əvəzlənib.
Qarşılaşma “Rakuv”un 3:1 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb.
