“Barselona”da Frenki de Yonqdan narazılıq var. Xüsusilə baş məşqçi Hansi Flik yarımmüdafiəçiyə etimadı itirib.
Futbolinfo.az xəbər verir ki, onun Niderland millisinin düşərgəsində zədəsini təzələməsi qəzəb doğurub. De Yonqun klubda zədəsini əsas gətirərək oynamaması, mundialda isə millinin əsas heyətində yer alması həm oyunçuya, həm də sabiq baş məşqçi Ronald Kumana mənfi münasibətə səbəb olub.
DÇ-2026 öncəsi futbolçunun özünü qorumağa çalışması artıq aşkara çıxıb. Çünki Frenki “Atletiko”ya qarşı cavab matçında həkimlərin “60 dəqiqə oynaya bilər” deməsinə rəğmən, meydana çıxmamış, mundialda isə özünü qorumağı lazım bilməmişdi. İndi onun kluba zədəli qayıtması Flikin futbolçuya inamını sarsıdıb.
