Braziliya millisinin sabiq ulduzları – Ronaldo Nazario və Roberto Karlos Braziliyanın üçüncü divizionunda çıxış edən “İnternasional Limeyra” klubunu satın almağa hazırlaşırlar.
Roberto Karlos bildirib ki, layihədə Ronaldo, Enriko və daha iki tərəfdaş da iştirak edir: “Ronaldo, mən, Enriko və daha iki tərəfdaşımız “İnternasional Limeyra”nı alırıq. Əyalət klublarını daha yaxından tanımaq, onlara sponsor tapmağa kömək etmək və regional futbolu bizim dövrümüzdə olduğu kimi yenidən inkişaf etdirmək istəyirəm”.
Qeyd edək ki, 53 yaşlı Roberto Karlos 2002-ci ildə Braziliya millisinin heyətində dünya çempionu olub, iki dəfə Amerika Kubokunu qazanıb. O, klub karyerasında Madrid “Real”ı ilə üç dəfə UEFA Çempionlar Liqasının qalibi, dörd dəfə isə İspaniya çempionu olub.
49 yaşlı Ronaldo isə ikiqat dünya çempionu və ikiqat “Qızıl top” mükafatçısıdır. O, 2018–2025-ci illərdə İspaniyanın “Valyadolid” klubunun nəzarət səhm paketinin sahibi olub.
