“Zirə” bu gün Konfrans Liqasında növbəti oyununa çıxacaq.

Futbolinfo.az xəbər verir ki, təmsilçimiz bu turnirin 2-ci təsnifat mərhələsində “Payde” ilə qarşılaşacaq.

Estoniya klubu ilə ilk görüş Parnu şəhərində keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Qarşılaşmanı moldovalı Roman Jitari idarə edəcək.

“Zirə”nin “Payde” ilə cavab görüşü iyulun 30-da “Sumqayıt Arena”da keçiriləcək.

Bu cütün qalibi növbəti mərhələdə “Santa Koloma” (Andorra) – “Rapid” (Avstriya) cütünün qalibi ilə qarşılaşacaq.

Konfrans Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunu
23 iyul

20:00. Payde – Zirə
Baş hakim: Roman Jitari (Moldova).
Parnu şəhər stadionu.

Shares: