Formula 1 üzrə dünya çempionatında çıxış edən “Uilyams” komandasının pilotu Karlos Sayns “Aston Martin”dən ayrılacağı təqdirdə ikiqat dünya çempionu Fernando Alonsonu əvəzləməyə əsas namizədlərdən biri hesab olunur.

“AutoRacer” nəşrinin məlumatına görə, Alonso komandadan gedərsə, “Aston Martin” ilk növbədə Saynsın namizədliyini nəzərdən keçirəcək.

Bildirilir ki, ispaniyalı pilot da hazırda “Uilyams”dakı idman vəziyyətindən tam razı deyil.

Məlumatda həmçinin qeyd olunur ki, hazırda “Alpin”də çıxış edən Franko Kolapintonun müqaviləsində Niderland Qran-prisindən sonra qüvvədən düşəcək xüsusi bənd var. Bu isə argentinalı pilotun “Uilyams”da yer boşalacağı halda komandaya qayıtmasına imkan yarada bilər.

Shares: