Barselonada İspaniya millisinin hücumçusu Ferran Torresə həsr olunmuş lövhə bir neçə dəfə vandalların hücumuna məruz qalıb.
“Barselona”nın futbolçusu 2026-cı il dünya çempionatının finalında Argentinaya qarşı keçirilən oyunun əlavə vaxtında vurduğu qolla komandasına 1:0 hesablı qələbə qazandırmışdı.
Rəssam “TVBoy” çərşənbə axşamı Qrasiya rayonunda Ferran Torresə həsr olunmuş qraffitini tamamlayıb. Lakin bir neçə saat sonra naməlum şəxslər təsviri rəngləyərək üzərinə İspaniyaya qarşı təhqiramiz məzmunlu şüar yazıblar.
Daha sonra gecə saatlarında həmin yazının bir hissəsi silinsə də, lövhə yenidən zədələnib. Bu dəfə qraffitinin üzərində “Kataloniya yığmasını istəyirik” mənasını verən şüar yazılıb.
