İspaniyanın “Barselona” basketbol klubu baş məşqçi postuna sloveniyalı Aleksandr Sekuliçi təyin edib. 48 yaşlı mütəxəssislə 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Maraqlıdır ki, “Barselona” ardıcıl ikinci dəfə daha əvvəl Rusiyanın “Zenit” klubunda çalışmış baş məşqçiyə etimad göstərib. Sekuliçdən əvvəl komandaya rəhbərlik edən ispaniyalı Xavyer Paskual isə “Dubay” klubuna keçib.
Aleksandr Sekuliç məşqçilik karyerasına 2006-cı ildə başlayıb. O, 2022–2024-cü illərdə “Lokomotiv-Kuban”ı çalışdırıb, 2025/2026 mövsümündə isə “Zenit”in baş məşqçisi olub. Lakin mövsümün gedişində əsas komandadan uzaqlaşdırılıb, daha sonra isə vəzifəsindən azad edilib. Onun son iş yeri “Dubay” klubu olub. Sekuliç eyni zamanda 2020-ci ildən Sloveniya millisinin baş məşqçisidir.
