“Çelsi” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, “Aston Villa”dan Morqan Rocers transfer edilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı vingerlə 6 illik müqavilə imzalanıb.
London klubu transfer üçün 137 milyon avro ödəyəcək. Bu isə klub tarixinin rekord transfer məbləğidir.
Rocers 2024-cü ildən “Aston Villa”da çıxış edirdi. O, DÇ-2026-da bürünc medal qazandığl İngiltərə millisi ilə 7 oyunda 1 məhsuldar ötürmə edib. Morqan ötən mövsüm “Aston Villa”da bütün turnirlər 55 oyuna çıxıb, 14 qol vurub və 12 qol ötürməsi edib.
