FIDE Belarus Şahmat Federasiyasına tətbiq olunan bütün məhdudiyyətləri ləğv edib.
Qərara əsasən, belaruslu şahmatçılar bundan sonra beynəlxalq yarışlarda öz ölkələrinin bayrağı altında çıxış edə biləcəklər. Bununla yanaşı, Belarus ərazisində FIDE-nin himayəsi altında beynəlxalq şahmat turnirlərinin keçirilməsinə də icazə verilib.
Rusiya Şahmat Federasiyası isə hələ də FIDE-nin sanksiyaları altında qalır. Buna səbəb federasiyanın İdman Arbitraj Məhkəməsinin Donetsk, Luqansk, Xerson, Zaporojye vilayətləri və Krımdakı fəaliyyətini dayandırmaq tələbini yerinə yetirməməsidir.
