Konfrans Liqasının 2-ci təsnifat mərhələsinə start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk gündə 3 oyun baş tutub.
“Floriana” – “Drita” matçında qalib müəyyənləşməyib. “Göteborq” evdə “Levadiya”ya, “Bissen” isə “Dyor ETO”ya məğlub olub.
Qalan görüşlər iyulun 22-də və 23-də keçiriləcək.
Konfrans Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
21 iyul
Göteborq (İsveç) – Levadiya (Estoniya) 1:2
Floriana (Malta) – Drita (Kosovo) 1:1
Bissen (Lüksemburq) – Dyor ETO (Macarıstan) 2:6
