“Neftçi”nin İsrail klubu “Makkabi”nin (Netanya) futbolçusu Freddi Varqasla danışığı müsbət yekunlaşıb. Venesuela millisinin yarımmüdafiəçisi bakılıların düşərgəsinə qayıdıb.

Futbolinfo.az xəbər verir ki, oyunçu müqavilə ilə məxsus olduğu klubun düşərgəsinə qayıtmışdı. “Makkabi” onu “Neftçi”yə buraxmaq istəmirdi. Lakin tərəflər razılığa gələ biliblər.

Anlaşmanın detalları bəlli deyil. Varqasın “Neftçi”yə qayıtdığını hələlik oyunçunun sosial şəbəkədəki paylaşımından bilirik. O, “Evimdəyəm” yazaraq Bakıdan paylaşım edib.

7cdf2b50 f764 45f9 9b72 abce6f3739f6 - Futbolinfo.az
Shares: