Xorvatiyalı basketbolçu Mario Hezonya karyerasını yenidən MBA-da davam etdirmək istəyir.
Təcrübəli müdafiəçi artıq belə bir niyyətdə olduğunu “Real” rəhbərliyinə bildirib. Onun İspaniya təmsilçisi ilə müqaviləsi 2029-cu ilə qədər qüvvədə olsa da, MBA-dan təklif alacağı halda sözləşmə ləğv oluna bilər. Hezonyanı heyətinə qatacaq ABŞ komandası madridlilərə 850 min dollar ödəməlidir.
Xatırladaq ki, xorvatiyalı oyunçu 2015-ci il MBA draftında 5-ci sıradan seçilib. O, okeanın o tayında “Orlando Məcik”, “Nyu-York Niks” və “Portlend Treyl Bleyzers” klublarında çıxış edib. Mario MBA-da keçirdiyi 330 oyunda orta hesabla 6,9 xal və 3,1 ribaund göstəricisi ilə yadda qalıb.
