İtaliyanın “Napoli” klubunun futbolçusu Alessandro Buoncorno əməliyyat olunub.

Futbolinfo.az Neapol təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi dizindən cərrahi müdaxiləyə ehtiyac duyub.

Onun yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmayıb.

Xatırladaq ki, Alessandro Buoncorno ötən mövsüm “Napoli”də 42 oyuna çıxıb.

Shares: