İngiltərənin “Arsenal” klubunun sabiq qapıçısı David Ospina karyerasını Meksikada davam etdirəcək.

Futbolinfo.az xəbər verir ki, “Atlante” 37 yaşlı futbolçunu heyətinə qatdığını açıqlayıb.

Onun müqaviləsinin müddəti ilin sonunadək qüvvədədir.

Xatırladaq ki, David Ospina Kolumbiya millisinin heyətində 131 matça çıxıb. O, daha əvvəl İtaliyada “Napoli”, Fransada “Nitsa”, Səudiyyə Ərəbistanında “Əl-Nəsr” klublarının da formasını geyinib.

Shares: