“Bayern” müdafiəçisi Konrad Laymerlə müqavilənin müddətini uzadıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yeni müqaviləyə əsasən, Avstriya millisinin futbolçusu 2029-cu ilə qədər Bundesliqa təmsilçisində çıxış edəcək.
Laymer 2025/2026 mövsümündə “Bayern”in heyətində bütün turnirlərdə keçirdiyi 47 oyunda 3 qol vurub və 13 məhsuldar ötürmə edib.
“Bayern” ötən mövsüm Bundesliqada 89 xal toplayaraq Almaniya çempionu olub.
