“Turan Tovuz” fransalı yarımmüdafiəçini heyətinə qatır. Bölgə klubu Stiv Beusnardı transfer etmək üzrədir.
Futbolinfo.az xəbər verir ki, qərblilərin yeni seçimi 34 yaşlı oyunçudur. O, iki illik müqaviləsi qalmasına rəğmən, Fransanın “Pau” klubuna lazım olmayıb və tərəflər yollarını ayırıb.
Yerli mətbuat onun məhz Tovuza gəldiyini yazıb. Bu da təsadüfi deyil. Çünki oyunçu İnstaqramda “Turan Tovuz”u izləməyə başlayıb.
Ötən mövsüm Liqa 2-də 27 matça çıxan yarımmüdafiəçi 2 qol vurub. O, karyerası boyunca heç vaxt elitada oynamayıb. Daim Fransada klubları azad agent kimi dəyişən Stiv 2020-ci ildə “Ayaçço”dan “Pau”ya keçib və indiyədək burada oynayıb.
P.S.: Xəbəri hazırladığımız anda “Turan Tovuz” transferi rəsmən açıqladı.
