İtaliya futbolunun əfsanəsi Françesko Totti tennisdə dünya reytinqinin lideri və “Böyük Dəbilqə” turnirlərinin beşqat qalibi Yannik Sinner haqqında zarafatla danışıb.
Tottidən Sinneri padeldə məğlub edib-edə bilməyəcəyi soruşulanda o, suala belə cavab verib: “İndi isə zarafatı bir kənara qoyaq. Sinner mənimlə padel oynayandan sonra dünya birincisi oldu! Kimsə bunun təsadüf olduğunu deyə bilər, amma… Qoy hər kəs uğuru öz adına yazsın. Mən bunu heç vaxt deməmişdim, amma bu gün deyəcəyəm. Onunla bir neçə dəqiqə oynadım, bir-iki fint və hərəkət göstərdim, o da hər şeyi başa düşdü”.
Keçmiş futbolçu bu sözləri “Voci di Calcio” adlı yutub kanalına müsahibəsində səsləndirib.
