“Sabah”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində KuPS-la ev oyununun statistikası açıqlanıb.

Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionu 1:0 hesablı qələbə qazansa da, nəticə heç də ədalətli olmayıb.

Məsələ burasındadır ki, Valdas Dambrauskasın yetirmələri, demək olar ki, təkqapıya oynayıblar. Rəqib qapısına 22 zərbə olub ki, bunun 8-i “çərçivə”yə düşüb. Lakin bu qədər cəhdin fonunda cəmi 1 qol vurmağı o qədər də uğurlu nəticə kimi qələmə vermək olmaz.

Finlandiya klubu yalnız sarı vərəqə sayında “Sabah”ı “qabaqlayıb”.

Sabah – KuPS

Qollar – 1:0

Zərbələr – 22:5

“Çərçivə”yə zərbələr – 8:1

“Çərçivə”yə düşməyən zərbələr – 9:2

Bloklanan zərbələr – 5:2

Künc zərbələri – 4:0

Oyundankənar vəziyyət – 2:0

Sarı vərəqələr – 1:2

Cərimə zərbələri – 9:9

Shares: