“Neftçi”nin yaponiyalı yarımmüdafiəçisi, ötən mövsümü “Kəpəz”də icarədə keçirmiş Ryonosuke Ohori paytaxt klubundan ayrılıb.

Futbolinfo.az xəbər verir ki, o, karyerasını Serbiyada davam etdirəcək.

25 yaşlı futbolçu bu ölkənin “Radnik” klubuna keçib. Tərəflər 3 illik müqaviləyə imza atıblar.

Ohori 2025-ci ilin yanvar ayında “Neftçi”yə transfer olunmuşdu. Ötən mövsüm isə yapon futbolçu “Kəpəz”də icarədə çıxış etmişdi.

69e80ebc 0208 4ead a5e4 a4afdaa248af - Futbolinfo.az
Shares: