Meksika futbolunun əfsanələrindən olan Gilyermo Oçoa karyerasını başa vurub.

Futbolinfo.az xəbər verir ki, 41 yaşlı qapıçı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Təcrübəli qapıçı karyerası ərzində Kiprin AEL, Meksikanın “Amerika”, İspaniyanın “Malaqa” və “Qranada”, İtaliyanın “Salernitana”, Portuqaliyanın ABC, Fransanın “Ayaçço” və Belçikanın “Standard” klublarının formasını geyinib.

Oçoa Meksika millisində 154 oyun keçirib. O, həmçinin milli komanda ilə altı dünya çempionatında oynamaqla tarixə düşüb, lakin onlardan yalnız dördündə forma şansı qazanıb.

Shares: