Qadın cüdoçulardan ibarət Azərbaycan millisi Bakıda keçiriləcək dünya çempionatına hazırlığı Şamaxıda davam etdirir.
Bu barədə Futbolinfo.az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Təlim-məşq toplanışında əsas diqqət idmançıların fiziki hazırlıq səviyyəsinin yüksəldilməsinə yönəldilib.
Məşqlər dözümlülük, güc və funksional hazırlığın inkişafı istiqamətində qurulub.
Xatırladaq ki, dünya çempionatı oktyabrın 4–11-i aralığında Milli Gimnastika Arenasında baş tutacaq.
