“Qarabağ” bu gün Avropa Liqasında növbəti matçına çıxır.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi bu turnirin 2-ci təsnifat mərhələsində Bolqarıstanın ÇSKA (Sofiya) komandası ilə qarşılaşacaq.

Bu komandalar arasında ilk görüş Bakıda baş tutacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna saat 20:00-da start veriləcək. Matçı italiyalı Daniele Çiffi idarə edəcək.

Cavab görüşü iyulun 30-da Sofiyada keçiriləcək.

Cütün qalibi növbəti raundda “Şerif” (Moldova) – “Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi ilə üz-üzə gələcəksə, məğlub olan Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Dinamo” (Kiyev, Ukrayna) – PAOK (Yunanıstan) cütünün qalibi ilə qarşılaşacaq.

Avropa Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunu
23 iyul

20:00. Qarabağ – ÇSKA (Sofiya)
Baş hakim: Daniele Çiffi (İtaliya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Shares: