“Qarabağ”ın UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi Sofiya ÇSKA-sının idman direktoru Boyko Veliçkov komandanın çıxışını dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, o, Bolqarıstan çempionatının ilk turunda “Slaviya” ilə qolsuz bərabərə (0:0) qaldıqları matçla bağlı fikirlərini bölüşüb.

İdman direktoru narazılığını dilə gətirib: “Nəticə məyusedicidir. Komanda fərqli görünməli, əvvəlki səhvlərindən nəticə çıxarmalı, daha keyfiyyətli və daha əzmkar oyun sərgiləməli idi. Xüsusilə ilk hissədə qələbə uğrunda mübarizə aparan komandanın ruhu çatışmırdı. Bu, qəribə və ən yumşaq ifadə ilə desək, məyusedicidir”.

Veliçkov baş məşqçi Xristo Yanevlə də söhbət etdiyini bildirib: “Topa nəzarəti, hücumların kəsərini artırmalı, həlledici ötürmələrə diqqət yetirməliyik. Oyunumuzda dinamika çatışmır. Xristo Yanevlə danışdım. O da komandanın oyunundan narazıdır. “Qarabağ”a qarşı matçda daha fərqli münasibət göstərməliyik”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – CSKA oyunu saat 20:00-da başlayacaq.

Shares: