ABŞ prezidenti Donald Tramp Kanadadan idxal olunan hokkey çubuqlarına 50 faizlik əlavə gömrük rüsumu tətbiq edib. Qərar Ağ ev tərəfindən Kanadanın Amerika məhsullarına, xüsusilə avtomobil, spirtli içki və süd məhsullarına qarşı apardığı diskriminasiya siyasətinə cavab kimi təqdim olunub.
Yeni fərmana əsasən, yüksək rüsum hokkey çubuqları da daxil olmaqla bir sıra Kanada məhsullarını əhatə edir. Hokkeyin Kanadanın milli simvollarından biri hesab olunduğunu nəzərə alsaq, bu məhsulun da siyahıya salınması xüsusi diqqət çəkir.
Bununla yanaşı, enerji daşıyıcıları, kalium gübrələri, balıq və nadir torpaq mineralları yeni gömrük rüsumlarından azad edilib.
